“Embafinans”da vakansiya | Təhsil Elanları
“Embafinans”da vakansiya
Bölmə:İş Elanları 1142 dəfə oxunub
27.10.2015

BOKT “Embafinans” MMC aşağıda qeyd olunanlar üzrə  “Analitik” vəzifəsi üçün vakansiya elan edir

Əsas vəzifə və öhdəliklər:

-Risklərin müəyyən edilməsi, analizi, qiymətləndirilməsi, hesabatlığın təmin olunması və idarə edilməsi;
-Risklərin minimum səviyyədə saxlanılmasını təmin edən hesabatların hazırlanması üçün məlumatlar toplamaq;
-Aşkara çıxarılan bütün nöqsanlar haqqında rəhbərliyə məlumat vermək;
-Öz  səlahiyyətləri daxilində hesabatlar aparmaq;
-Beynəlxalq  Maliyyə  Hesabatı standartlarına, AR Mərkəzi  Bankının normativ aktlarına və şirkətin müvafiq daxili təlimatlarına  uyğun  olaraq bazar və likvidlik  riskləri müntəzəm  olaraq  təhlil etmək,
-Aktiv və öhdəlıklərin müddətlər üzrə mövqeyini əks etdirən hesabatın hazırlanmasında iştirak etmək və strukturuna, keyfiyyətinə  mütəmadi nəzarət etmək;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

-Ali iqtisadi təhsil;
-Yaş həddi 25-40 ;
-Bank və ya kredit təşkilatlarında müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
-Maliyyə  risklərini  düzgün qiymətləndirmək qabiliyyəti;
-Peşəkar ehtiyatlılıq və dəqiqlik qabiliyyəti;
-Analitik qabiliyyətə malik olmaq;
-Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dillərində oxu, yazı və danışıq bacarıqlarına orta səviyyədə malik olmaq;

İş qrafiki: 6 gün / I-V saat 10.00-18.00  , VI saat 10:00-15:00

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)   hr@embafinans.az ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

B. Bağırova 15 
Bakı, Azərbaycan, AZ 1065

Əlaqə tel: *1414

Elanın bitmə tarixi - 15 Noyabr 2015