Kapital Bank-dan 2000AZNlik Vakansiya | Təhsil Elanları
Kapital Bank-dan 2000AZNlik Vakansiya
Bölmə:İş Elanları 1397 dəfə oxunub
27.10.2015

"Kapital Bank" baş hüquqşünas vəzifəsinə vakansiya elan edib. Maaş 1500-2000 manat civarındadır.

-Şəhər - Bakı

-Yaş - 25 - 35 yaş

-Təhsil - Ali

-İş təcrübəsi - 1 ildən 3 ilə qədər

-Elanın tarixi - Oktyabr 23, 2015

-Bitmə tarixi- Noyabr 22, 2015

Namizədə tələblər

- Ali hüquq təhsili (LLM magistr dərəcəsinin olması arzuolunandır); 
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir) 
- Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə iştirak təcrübəsi olmalı 
- Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır 
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq 
- Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması

İş barədə məlumat

- Hüquq Departamentinin Müqavilələr və Hüquqi Ekspertiza şöbəsində Baş Hüquqşünas 
- Bankın fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşməsini təmin etmək 
- Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək 
- İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək 
- Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak etmək 
- Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək 
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankı təmsil etmək 
- Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək 
- Hüquq departamentinə aid olan məhkəmə mübahisələrində məhkəmə proseslərində Bankı təmsil etmək 
- Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi

-Telefon : (012) 598-12-95

-Faks : (012) 598 1295

-E-mail : hkc@kapitalbank.az