Bank of Baku işçi axtarır – MAAŞ 1000 MANAT | Təhsil Elanları
Bank of Baku işçi axtarır – MAAŞ 1000 MANAT
Bölmə:İş Elanları 2053 dəfə oxunub
27.10.2015

“Bank of Baku” struktur bölmə xəzinədarlıq departamentinin müxbir əlaqələr şöbəsi baş ekspert vəzifəsinə işçi qəbulu elan edib. Bankdan verilən məlumata görə, ali iqtisadi təhsilli, rus və ingilis dillərini mükəmməl bilən, 3 ildən artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Başlanğıc əmək haqqı 1000 manatdır.

Əsas vəzifə öhdəlikləri:

Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi

Namizədə dair tələblər:

İş təcrübəsi (il): 3+
Təhsil: ali texniki, iqtisadi, mühəndislik, riyaziyyat və uyğun digər ixtisas
Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
Kompüter biliyi: MS Office

İş şərtləri:

İş yeri: Baş Ofis
İş vaxtı (gün/saat): B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Əmək haqqı: start 1000 AZN

Tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. (Məktubun subject bölümündə“xəzinədarlıq” sözünü qeyd etməyi unutmayın!)

Tel: (012) 447 00 55