Bu bank 10 yeni iş yeri təklif edir | Təhsil Elanları
Bu bank 10 yeni iş yeri təklif edir
Bölmə:İş Elanları 1442 dəfə oxunub
21.10.2015

AGBankın  mühüm prioritetlərindən biri də fəaliyyət coğrafiyasını genişləndirməkdir.

Hal-hazırda AGBank paytaxtda və bölgələrdə (Ağdaş, Gəncə, Salyan, Sumqayıt, Şamaxı, Yevlax, Bərdə) ümumilikdə 23 nümayəndəlik ilə təmsil olunur.

Bankdan "Marja"ya verilən məlumata görə, daha geniş əhaliyə xidmət göstərmək məqsədi ilə, xidmət şəbəkəsini böyütmək strategiyasının davamı olaraq yaxın zamanlarda yeni Səbail filialının işə başlaması gözlənilir. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130 ünvanında yerləşəcək yeni filial 10 yeni iş yeri təklif edir. Maraqlı olanlar AGBank-a müraciət edə bilərlər.