Mikayıl Cabbarov əmr verdi: Yeni qaydalar təsdiqləndi | Təhsil Elanları
Mikayıl Cabbarov əmr verdi: Yeni qaydalar təsdiqləndi
Bölmə:Təhsil Nazirliyi 829 dəfə oxunub
21.10.2015

Təhsil naziri Mikayıl Cabbarov "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb. 
 
Təhsil Nazirliyi  xəbər verir ki, əmrə əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin, müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır.