İşçi axtarılır - əmək haqqı 1000 manat | Təhsil Elanları
İşçi axtarılır - əmək haqqı 1000 manat
Bölmə:İş Elanları 4093 dəfə oxunub
20.10.2015

"SƏBA" ASC RKA üzrə Supervayzer axtarır
Əmək haqqı - 1000 manat
  • Şəhər - Xırdalan
  • Yaş- 25 - 55 yaş
  • Təhsil - Ali
  • İş təcrübəsi - 1 ildən 3 ilə qədər
  • Elanın tarixi - Oktyabr 15, 2015
  • Bitmə tarixi - Noyabr 14, 2015
 
 
İş barədə məlumat:

- Müəssisədə satışlarla əlaqədar yaranan iri həcmli məlumatlarla işlənilməsi və analizlər aparılaraq, nəticələrinin təqdim edilməsi 
- Şirkətin əsas müştərilərinə biznesin inkişafı barədə təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması 
- Şirkətin müştəriləri ilə danışıqların aparılması 
- Qoyulmuş satış planı, rentabelilik və distribyusiya planlarının yerinə yetirilməsinin təmin edilməsi 
- Satışla əlaqədar planların və büdcənin hazırlanması 
- Trade Marketing aksiyalarının hazırlanması və effektivliyinin analiz edilərək, təqdim olunması 
- Şirkət daxilində digər şöbələrlə koordinasiya qurulması və qarşılıqlı fəaliyyət göstərilməsi 
- Merçendayzinq tapşırıqlarının planlarının hazırlanması və satış prosesində çalışan şəxslərin faəliyyətinə nəzarət olunması və əlaqələndirilməsi 
- Müştərilərlə sənədləşmələrin aparılması

Namizədə tələblər:

- Böyük FMCG şirkətlərində və ya buna bənzər iş təcrübəsinin olması 
- Böyük marketlər şəbəkələri ilə qarşılıqlı fəaliyyətə dair iş təcrübəsinin olması 
- Müasir satış texnologiyaları, bilikləri, danışıqlar aparma bacarığının olması 
- İqtisadiyyat və marketinq sahəsində idarəetmə ilə əlaqədar biliklərin olması 
- Supervayzer, bölgə müdiri və ya buna yaxın bir sahədə ən azı 3 il iş təcrübəsi tələb olunur 
- Komandanın idarə edilməsi qabiliyyətinə malik olmalı və insanlarla işləmək bacarığı 
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarıqlarına malik olmalı və təqdimatlar etmək bacarığı 
- Ən azı 2 il sürücülük təcrübəsinin olması 
- Məqsədyönlü, operativ, stresədavamlı, məsuliyyətli və diqqətli olması tələb olunur