Yuxarı kurs tələbələri üçün təcrübə proqramı! | Təhsil Elanları
Yuxarı kurs tələbələri üçün təcrübə proqramı!
Bölmə:İş Elanları 694 dəfə oxunub
18.10.2015

Global Village Tədris Mərkəzi tələbələr üçün İctimaiyyətlə Əlaqələr mütəxəssisi üzrə təcrübə keçmək imkanı yaradır. 
 
Təcrübə proqramı həftədə altı dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə Global Village Tədris Mərkəzinin sertifikat və xasiyyətnamə təqdim olunur.
 
Son müraciət tarixi: 31 oktyabr 2015
İşə başlama tarixi: 15 noyabr 2015
 
3 ay davam edəcək  bu proqram çərçivəsində
 
aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı  (III- IV) kurs tələbələri təcrübə proqramına qatılmaq üçün Global Village Tədris Mərkəzinə müraciət edə bilərlər:
  • Beynəlxalq Münasibətlər
  • Menecment
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • İqtisadiyyat
  • Sosial Elmlər və Psixologiya
  • Beynəlxalq Jurnalistika
  • Sosial iş
  • Xarici dillər və filologiya
  • Marketinq
 
Tələblər: 
  • Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus) ən azı orta səviyyədə birini bilmək, kompüter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və  kollektivlə səmimi ünsiyyət qurmaq, danışıqlar apara bilmək, inandırmaq bacarıqları tələb olunur.
Öhdəliklər:
  • Məktəb və universitetlərlə əməkdaşlıq etmək 
  • Əsas hədəf qrupları və auditoriyanı  müəyyənləşdirmək və ictimaiyyətlə əlaqələrin qurulması yollarını araşdırmaq
  • Maraqlı və effektiv pres relizlər yazmaq, media üçün məlumatlar hazırlamaq və şirkətin öz internet səhifələrində və digər sosial şəbəkələrdə inkişafını təmin etmək
  • Şirkətin koorporativ imicini qorumaq və inkişaf etdirmək
  • Online elan və reklamlarda yardımçı işlər həyata keçirmək
Təcrübə proqramı ilə maraqlanan şəxslər CV-lərini (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin) aşağıda qeyd olunan elektron ünvana "tehsil.im" başlığı ilə göndərməlidir: