Müəllimlər bu xəbəri mütləq oxusunlar! | Təhsil Elanları
Müəllimlər bu xəbəri mütləq oxusunlar!
Bölmə:Təhsil Nazirliyi 1291 dəfə oxunub
17.10.2015

Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.
Təhsil Nazirliyindən  verilən məlumata görə, ilk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.

Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Qeyd edək ki, 2016-cı ilin yanvarından adı çəkilən rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.(trend)