Kontakt Home-dan 7 vakansiya | Təhsil Elanları
Kontakt Home-dan 7 vakansiya
Bölmə:İş Elanları 3411 dəfə oxunub
15.10.2015

Kontakt Home şirkəti Sizə peşəkar inkişaf və karyera irəliləyişi imkanı təklif edir.

Bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparılır.

Bizim şən, mehriban, gülərüz kollektivimiz və dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, CV-nizi bizə göndərməyinizi təklif edirik. Sizin CV-niz mütləq nəzərdən keçiriləcək və Sizinlə əlaqə saxlanılacaq.

Kontakt Home-da mövcud olan vakansiyaların siyahısı ilə tanış olun.

  • Satış məsləhətçisi
  • Problemli kreditlər üzrə mütəxəssis
  • Hüquqşünas
  • Marketinq üzrə mütəxəssis
  • İT mütəxəssisi
  • Daxili Auditor
  • Mağaza filialının direktoru

Bu vakansiyalara müraciət etmək üçün CV-nizi hr@abc-telecom.az ünvanına göndərin və ya bizim CV formamızdan istifadə edə bilərsiniz:

CV Forması (Azərbaycan dilində)

CV Forması (Rus dilində)