“Unibank” işçi axtarır - VAKANSİYA | Təhsil Elanları
“Unibank” işçi axtarır - VAKANSİYA
Bölmə:İş Elanları 2891 dəfə oxunub
14.10.2015

“Unibank” korporativ problemli kreditlər üzrə hüquqşünas vəzifəsinə işçi qəbulu elan edib. Ali hüquq təhsilli və 1 il məhkəmələrlə iş sahəsində  təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilər.  

Əsas öhdəliklər:

  • İddia ərizələrini yazıb məhkəməyə göndərmək
  • Bankı birinci instansiya və apelyasiya instansiya məhkəmələrində təmsil etmək.
  • Bakıdan kənar rayon məhkəmələrinə getmək və bankı həmin məhkəmələrdə təmsil etmək.
  • Məhkəmə gedişatında barışıq əldə edilən zaman Barışıq sazişi hazırlamaq.

Namizədin Profili:

  • Ali hüquqi təhsil 
  • Ən azı 1 ilə qədər məhkəmələrlə iş sahəsində təcrübə
  • Ünsiyyət qurmaq bacarığı 
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
  • Hərbi xidməti bitirənlərə və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 23.10.2015-ci il tarixinədək Unibank2@unibank.az  elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-ın mövzu hissəsində “Korporativ Problemli Kreditlər üzrə Hüquqşünas” olaraq göstərilməlidir. Əks təqdirdə müraciətlərin namizədliyinə baxılmayacaqdır.