Bu hotel tələbələrin iş tapmasına kömək edir | Təhsil Elanları
Bu hotel tələbələrin iş tapmasına kömək edir
Bölmə:İş Elanları 1429 dəfə oxunub
09.10.2015

“Excelsior Hotel & Spa Baku” oteli yeni daxili təhsil proqramı tətbiq edib. Hoteldən verilən məlumata görə, proqramm çərçivəsində 2015-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və müxtəlif peşə liseylərinin şagirdləri “Excelsior Hotel & Spa Baku” otelində təcrübə keçiblər. «Bu proqram adi tələbə təcrübəsindən daha genişdir, həmçinin, gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə də kömək edir»-deyə məlumatda bildirilib.

Tələbələr oteldə “qonaqlara xidmət departamenti”, “mətbəx departamenti”, “qida və içkilər departamenti” kimi sahələrdə çalışıb, marketinq və satış, insan resursları departamentlərinin təcrübə proqramlarını öyrəniblər. Peşə liseylərinin şagirdləri aşpaz-qənnadçı və ofisiant ixtisasları üzrə təcrübə də keçib.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku”  oteli ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında müqavilə 2015-ci ilin mart ayında imzalanıb. “Burada ikitərəfli fayda vardır, tələbələr bizim sertifikatla təsdiq edilmiş praktiki təcrübə əldə edir, biz isə gələcəyə mümkün namizədlər haqqında məlumat bazası alırıq ki, özümüz üçün əməkdaşları məhz onların sırasından seçə bilək”, - deyə otelin baş meneceri Turhan Poyraz qeyd etmişdir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi vardır.