Bu il ən çox işçi çıxaran 8 şirkət | Təhsil Elanları
Bu il ən çox işçi çıxaran 8 şirkət
Bölmə:Xəbərlər 884 dəfə oxunub
05.10.2015

Dünyada iqtisadi vəziyyət getdikcə ağırlaşır. Yaponiya, Çin, Rusiya və Yunanıstandan yayılan iqtisadi böhranın təsiri ilə dünyanın nəhəng şirkətləri bir-birinin ardınca işçi ixtisarlarına gedirlər. Bu il 30 min adamı işdən çıxardacağını açıqlayan HP ilk yeri tutur. Ümumiyyətlə, ixtisar həyata keçirən şirkətlər arasında neft şirkətləri öndədir.

Bu il ən çox işçi çıxaran 8 şirkət:

1. HP: Dünya nəhəngi bu il 30 min nəfərlik ixtisar edəcəyini açıqlayıb.

2. Schlumberger (SLB): Ucuz neft hər nə qədər avtomobil sahibləri üçün yaxşı olsa da, neft şirkəti Schlumberger də çalışanlar üçün "işdən çıxarma" demək idi. Şirkət bu il 20 min nəfərlik işçi ixtisarı ilə ikinci yerdədir.

3. Baker Hughes: Neft şirkətlərinə avadanlıq təmin edən Baker Hughes, bu il 13 min nəfəri işdən çıxardıb.

4. Halliburton: Neft sektoruna xidmət göstərən Halliburton bu il 11 min 800 işçi çıxardıb.

5. CAT: Çindəki iqtisadi çətinliklər və ucuz neftdən nəsibini alan Caterpillar (CAT) isə bu il 10 min nəfəri işdən çıxardıb. 2018-ci ilə qədər bu rəqəmin daha da artacağını açıqlayan CAT, illik 1.5 milyard dollar da qənaət etməyi planlaşdırır.

6. A&P: Aparıcı supermarketlərdən biri olan A&P də işçi çıxardanlar arasındadır. Şirkət bu il 8 min 500 nəfəri işdən çıxardıb.

7. Microsoft: 2014-cü ilin Fevral ayından etibarən 25 min 800 nəfəri işdən çıxaran dünya nəhəngi bu il 7 min 800 adamı işdən çıxardıb.

8. RadioShack: 6 min 500 nəfərdən çox işçi ixtisar edib.