Azercelldən tələbələr üçün VAKANSİYALAR | Təhsil Elanları
Azercelldən tələbələr üçün VAKANSİYALAR
Bölmə:İş Elanları 3624 dəfə oxunub
02.10.2015

 

Azercell Tələbə Proqramı

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində iştirak etmək, müxtəlif təlimlərdə iştirak etmək və gələcəkdə şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.Ərizələr yalnız onlayn rejimdə qəbul olunur.

Azercellin Tələbə Proqramının məqsədi

  • müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək;
  • yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq;
  • korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.

Kimlər müraciət edə bilər

  • Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr;
  • Yalnız Azərbaycan Respublikasının ali məktəblərinin tələbələri
  • Yalnız Azərbaycan Respublikasının vətəndaşları

 

Müraciət üçün
Aşağıdakı "Ərizəni göndərin" linkindən istifadə edin. Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin. Müraciət ərizəsinə Tələbə Vəsiqənizin və Tələbə Qiymət Kitabçanızın skan versiyalarını əlavə etməlisiniz.

 

Qeyd: Magistr pilləsində təhsil alan tələbələr bu proqrama müraciət edə bilməzlər.

Sual və əlavə məlumat üçün bursary@azercell.com e-mail ünvanına və (012) 4967007 telefon nömrəsinə müraciət edin.

Ərizəni göndər Ərizəni göndər
 Ərizələrin qəbulu üçün son tarix
25.10.2015
Azərbaycanda ən iri mobil operatoru olan “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azercell Azərbaycanın telekommunikasiya bazarının təmayülünü müəyyən edən şirkət kimi tanınır. 

Azercell Telekom MMC Cənubi Qafqazda yeganə şirkətdir ki, 2006-cı ildə “İnsanlara Sərmayə” (Investors in People) sertifikatına layiq görülüb. Həmin sertifikat biznes məqsədlərinin nail olunması üçün insanların təlimi və inkişafı təcrübəsinin yüksək səviyyəsini nümayiş edən standartı təsdiq edir. 

Hal-hazırda, Azercell-in şəbəkəsi ən geniş əhatə dairəsinə malikdir və şirkət xidmət keyfiyyətini təkmilləşdirməyə davam edir.

LİNK