"Parabank" yeni açılacaq filiallarına işçi axtarır | Təhsil Elanları
"Parabank" yeni açılacaq filiallarına işçi axtarır
Bölmə:İş Elanları 1311 dəfə oxunub
02.10.2015

Parabank ASC 2014-2016-ci illərin strateji inkişaf planına əsasən yeni filialların açılmasını davam edir.

Bununla əlaqədar Bakı şəhəri filialları üçün kredit mütəxəssisi, Şamaxı şəhərində açılması nəzərdə tutulan filial üçün Müdir, Xırdalan şəhərində açılacaq filiala isə baş mühasib və əməliyyatçı vakansiyalarına işçi axtarır. 

Bank regionlarda filial şəbəkəsini artıraraq orada yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına, eləcə də yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır. Yeni açılmış filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kredit sifarişlərinin qəbul edilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunacaq.

Öz CV-lərinizi bu ünvana gunash.mustafayeva@parabank.az  göndərə bilərsiniz. (CV göndərdikdə vakansiya haqqında məlumatı hardan əldə etdiyinizi mütləq qeyd edin.)

Bank xidmətləri barədə ətraflı məlumatı 139 məlumat mərkəzinə, 050 447 10 00 mobil nömrəsinə zəng etməklə, www.parabank.az saytına, bankın rəsmi facebook səhifəsinə -https://www.facebook.com/Parabank və ya rəsmi instagram səhifəsi -https://instagram.com/parabank_asc daxil olmaqla əldə etmək olar.

Son müraciət: Şənbə, 31 Oktyabr, 2015-ci il