Audit və mühasibat uçotunu bilənlərə iş fürsəti | Təhsil Elanları
Audit və mühasibat uçotunu bilənlərə iş fürsəti
Bölmə:İş Elanları 820 dəfə oxunub
29.09.2015

“Brand Credit BOKT" MMC Daxili Audit vəzifəsinə işə qəbul elan edir.

Tələblər:

-Ali təhsil (audit, mühasibat uçotu, maliyyə-kredit, hüquq);

-Mərkəzi Bankın normativ hüquqlu aktlarını bilən;

-Bank və ya kredit sahəsində minumum 1 illik təcrübə;

-Microsoft office (word, excel, power point və s.);

-Azərbaycan, Rus dillərini bilməsi (əlavə olaraq İngilis dilini bilənlərə üstünlük verilir);

-Yüksək analitik düşüncə və problemləri həlletmək bacarığı;

-Liderlik, təşəbbüskarlıq,dürüstlük,dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;

-Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti;

-Yaş həddi 40-a kimi;

Öhdəliklər:

-Daxili audit prinsiplərinə riayət etmək;

-Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması;

-Beynalxalq audit standartları haqqında və bank fəaliyyəti haqqında biliklərin inkişafı;

-Əldə olunan məlumatların qorunub saxlanılmasında konfidensiallağa riayət olunması;

-Məsuliyyətlilik Hesabatların hazırlanması və yazılması bacarığı Bakı şəhəri və regionlarda kompleks auditin aparılması;

-Audit nəticələri, verilmiş tövsiyələr və onların icrasına dair hesabatlar;

-İllik Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirilməsi

-Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsinin təmin edilməsi;

-Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsini işini həyata keçirilməsi

-BOKT-da maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi, BOKT-un işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi, BOKT-da daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarətin həyata keçirilməsinin təmin edilməsi;

Əlaqə

Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini  info@brandcredit.az ünvanına göndərə bilərlər.

Son müraciət: Çərşənbə, 28 Oktyabr, 2015-ci il