"Expressbank"da işləmək imkanı | Təhsil Elanları
"Expressbank"da işləmək imkanı
Bölmə:İş Elanları 2157 dəfə oxunub
23.09.2015

"Expressbank" problemli kreditlər şöbəsinin müdiri, Əməliyyat üzrə mütəxəssis (Bakı, Xaçmaz və Mingəçevirüzrə), Kreditlərə nəzarət şöbəsinin mütəxəssisi (Bakı, Şirvan və Gəncə üzrə),  İnkassasiya şöbəsinin inkassator-sürücüsü (Bakı, Xaçmaz və Mingəçevir üzrə), Biznes kreditləri üzrə mütəxəssis (Bakı üzrə), İstehlak kreditləri üzrə qrup rəhbəri (Bakı üzrə), Mikro kreditlər üzrə qrup rəhbəri (Bakı və Şirvan üzrə), Kassir-əməliyyatçı (Bakı, Mingəçevir və Bərdə üzrə), İnkassasiya şöbəsinin inkassator-mühafizəçisi (Bakı, Xaçmaz və Mingəçevir üzrə) vəzifələri üzrə vakansiyalar elan edib.

"Problemli kreditlər şöbəsinin müdiri"

Tələblər:

-Ali təhsil;

-Problemli kreditlərlə iş sahəsində 3 il təcrübə;

-Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;

-Microsoft Word və Excell  proqramlarında işləmək bacarığı;

-İdarәetmә bacarığı;

-Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

-Bankın müvafiq strukturlarına problemli kreditlərin həlli istiqamətində metodiki köməkliyin göstərilməsi;

-Kredit əməliyyatlarının araşdırılması;

-Mövcud olan problemli kreditlərin təhlilinin aparılması;

-Kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan -qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;

-Problemli kreditlərin məhkəmədənkənarqaytarılmasını təmin etmək məqsədilə, borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması;

-Problemli kreditlərin və borcluların uçotunun aparılması.

 "Əməliyyat üzrə mütəxəssis (Bakı, Xaçmaz və Mingəçevir üzrə) "

Tələblər:

-Ali təhsil; 

-Əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi; 

-Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 

-Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri:

-Hüquqi və fiziki şəxslərə hesabların açılması ; 

-Müştərilərin ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi.  

"Kreditlərə nəzarət şöbəsinin mütəxəssisi (Bakı, Şirvan və Gəncə üzrə)"

Tələblər:

-Ali təhsil; 

-Əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi; 

-Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 

-Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri:

-Hüquqi və fiziki şəxslərə hesabların açılması ; 

-Müştərilərin ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi.  

"İnkassasiya şöbəsinin inkassator-sürücüsü (Bakı, Xaçmaz və Mingəçevir üzrə)"

Tələblər:

-Orta və orta-ixtisas təhsil;

-Sürücülük vəsiqəsi (BC kateqoriya);

-İnkassasiya sahəsində müvafiq təcrübə;

-Azərbaycan dilində sərbəst danışıq bacarığı;

-Komandada işləmək bacarığı;

-Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

-İnkassasiya zamanı nağd vəsaitlərin lazımi ünvana çatdırılması.

"Biznes kreditləri üzrə mütəxəssis (Bakı üzrə)"

Tələblər:

-İqtisadi təhsil; 

-Biznes kreditləri ilə iş sahəsində müvafiq təcrübə; 

-Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı; 

-Analitik düşüncə; 

-Әla ünsiyyət qurma və komandada işləmək bacarığı; 

-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir. 

Vəzifə öhdəlikləri:

-Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq; 

-Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 

-Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;  

-Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;  

-Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.  

“İstehlak kreditləri üzrə qrup rəhbəri (Bakı üzrə) “

Tələblər:

-İqtisadi təhsil;

-İstehlak kreditləri ilə iş sahəsində 3-4 il təcrübə;

-Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;

-Analitik düşüncə;

-İdarəetmə bacarığı;

-Əla ünsiyyət qurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-İstehlak kredit məhsullarının satışının təşkili;

-Qrupun əməkdaşlarının iş fəaliyyətinə nəzarət etmək bacarığı;

-Kredit sifarişlərinin təhlili və müştərilərin maliyyə vəziyyətlərinin monitorinqi;

-Yeni müştərilərin cəlb edilməsi prosesinin təşkili və nəzarət.

-İstehlak krediti məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət;

“Mikro kreditlər üzrə qrup rəhbəri (Bakı və Şirvan üzrə) “

Tələblər:

-İqtisadi təhsil;

-Mikro kreditlərlə iş sahəsində 3-4 il təcrübə;

-Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;

-Analitik düşüncə;

-İdarəetmə bacarığı;

-Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

-Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkili və icra olunmasına nəzarət;

-Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət;

-Filialda mikro kredit məhsullarının birbaşa satış prosesinin effektiv təşkilində iştirak və onun düzgün icrasına nəzarət; 

-Filialda mikro kredit sahəsində çalışan qrup əməkdaşlarının kredit portfelinin təhlili və nəzarəti.

"Kassir-əməliyyatçı (Bakı, Mingəçevir və Bərdə üzrə)"

Tələblər:

-Ali təhsil; 

-Kassa və əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədəriş təcrübəsi; 

-Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 

-Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı; 

-Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri:

-Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;  

-Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması; 

-Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması; 

-KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

"İnkassasiya şöbəsinin inkassator-mühafizəçisi (Bakı, Xaçmaz və Mingəçevir üzrə)"

Tələblər:

-Orta və orta-ixtisas təhsil;

-İnkassasiya sahəsində müvafiq təcrübə;

-Azərbaycan dilində sərbəst danışıq bacarığı;

-Komandada işləmək bacarığı;

-Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

-İnkassasiya zamanı nağd vəsaitlərin, qiymətlilərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi.

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.  CV göndərmək üçün: cv@expressbank.az

Son müraciət: Çərşənbə axşamı, 22 Oktyabr, 2015-ci il