“İş təcrübəsini tələb etməyən başlanğıc vəzifə“ | Təhsil Elanları
“İş təcrübəsini tələb etməyən başlanğıc vəzifə“
Bölmə:İş Elanları 2962 dəfə oxunub
22.09.2015

Əgər sən ünsiyyət qurmağı bacarırsan, pozitiv, məsuliyyətli, mehriban, enerji dolu insansansa - KFC şirkətinə xoş gəlmişsən! Burada səni maraqlı iş, çoxlu təəssürat və dostlar, həmçinin şirkətimizlə birlikdə inkişaf etmək arzusunda olub təşkilatçılıq bacarıqlarını nümayiş etdirdikdə, səni perspektiv karyera gözləyir.

Vakansiya

Restoran əməkdaşı

Niyə bu vakansiya məhz belə adlanır? Restoranın bütün əməkdaşları birgə işləyirlər, bir komanda şəklində. Bir birinə kömək edib dəstəkləyərək, biz birlikdə qalib gəlirik! Restoran əməkdaşlarının darıxmağa vaxtı olmur, çünki iş cürbəcür və maraqlıdır: biz KFC-nin firma yeməklərini hazırlayıb qablaşdırırıq, hər gün qonaqlarımızın özlərini səbirsizliklə gözlənildiklərini hiss etmələri üçün və bizə yenidən gəlmələri üçün onlara xidmət edirik.

Biz - qonaqların fanatıyıq! Vacib odur ki, biz pozitiv enerji ilə işləyirik, həmişə yüksək əhval-ruhiyyədəyik və digərlərinə bu əhval-ruhiyyəni ötürürük! İşindən zövq almağın, layiqli əmək haqqı və karyera artımını təmin edilməsi üçün biz sənə yaxşı stimul olacaq kompensasiya proqramını yaratdıq.

 

Vəzifənin müsbət tərəfləri

Qeyri-standart düşün!

Biz sənə qeyri-standart düşünmək, stereotip və şablonlardan uzaq olmağı öyrədəcəyik. Bizimlə sən hər gün yeni bilik və bacarıqlar əldə edəcəksən, yeni insanlarla görüşəcəksən, yeni ideya və qeyri-standart qərarlar isə özlərini gözlətməyəcəklər! Özündə və həyatında yeni səmtlər aşkar edəcəksən.

Asanlıqla ünsiyyət qur!

Hər bir kəslə hər zaman dil tapmaq. Düşünürsən bu real deyil? Biz sənə ünsiyyət qurmaq sənətinin sirrini açıqlayacayıq! Qonaq və ya komanda ilə iş - nə etdiyindən asılı olmayaraq, indi hər vəziyyətdə düzgün söz tapacaqsan!

Lider ol!

Sən ilhamlandırırsan, sənə inanırlar və ardınca gedirlər! Bizimlə sən nəyinki idarə etmək, inandırmaq və ardınca digərlərini aparmağı öyrənəcəksən, həmçinin həyatın bütün sahələrində lider ola biləcəksən!

Arzularını həyata keçir!

Məqsəd qoyub ona nail olmaq -müvəffəqiyyətin rəhnidir. Bizim pozitiv əhval-ruhiyyəmiz və enerjimiz - sənin qələbən üçün daha yaxşı nə ola bilər!

Biz təklif edirik

Mən hər şeyi çatdırmaq istəyirəm!

Biz çevik iş qrafiki və restoranı evə və ya təhsil ocağına yaxın seçmək imkanını təklif edirik. Dostlar, istirahət, iş, təhsil, idman, yeni təəssüratlar - bizimlə sən hər şeyi çatdıracaqsan.

Mən müstəqil olmaq istəyirəm!

Gələcək - indi deməkdir və o, sənin əlindədir. Dolğun həyat yaşa! Rəqabətli əmək haqqı sənə müstəqil olmağa imkan yaradacaq.

Mən inkişaf etmək istəyirəm!

Beynəlxalq şirkətdə iş - artım üçün maksimum imkan deməkdir. Hər bir əməkdaşa biz fərdi tədris və inkişaf planını təklif edirik. Sıravi işçidən restoran müdirinə doğru - o qədər də uzaq deyil!

Anketi doldurun