"Bank BTB" də vəzifə tutmaq imkanı | Təhsil Elanları
"Bank BTB" də vəzifə tutmaq imkanı
Bölmə:İş Elanları 1092 dəfə oxunub
21.09.2015

"Bank BTB" risklərin idarə edilməsi üzrə şöbə rəisi vəzifəsinə vakansiya elan edib. Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Şəhər

Bakı

Yaş

22-35

Təhsil

Ali (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)

İş əcrübəsi

2 il

 

 

İş barədə məlumat

   
 

- Müştəri əməliyyatlarına çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik və daxili qaydalara riayət olunmasına nəzarəti təşkil edir.  

- Bank fəaliyyətinin ayrı-ayrı sahələrində yoxlama və monitorinqlər təşkil edir

- Girov (ipoteka) predmetlərinin bazarını daim araşdırır və İH-nə, KK-nə məlumatlar hazırlayır.

- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.

- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı təqdim edir.

- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə təkliflər verir.

- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş Risk inzibatçısına məlumat verir.

- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyatı struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirir.

- Aidiyyatı struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.

- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.

- İş qrafiki: 09:00-18:00  (İstirahət günü: şənbə, bazar)

 

Namizədə tələblər

- Ünsiyyət qurma bacarığı

-  Təhlil etmə bacarığı

-  İdarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik.

-  Microsoft Office proqramlarında işləmə qabiliyyəti (Excell proqramı xüsusi ilə)

-  Mərkəzi Bankın ümumi qaydalarını bilməsi. (Banklar haqqında qanun, Aktivlərin təsnifləşdirilməsi qaydaları və s.)

Telefon:

(012) 499 79 95

E-mail:

cv@btb.az