Təhsil Nazirliyindən bağlanan universitetin tələbələrinə şad xəbər | Təhsil Elanları
Təhsil Nazirliyindən bağlanan universitetin tələbələrinə şad xəbər
Bölmə:Təhsil Nazirliyi 649 dəfə oxunub
19.09.2015

“Bakı Asiya Universitetinin tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi zamanı onlardan daha çox təhsil haqqı alınması məsələsi nazirlikdə araşdırılıb”.

Tehsil.im Modern.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, tələbələr ya Asiya Universitetində ödədikləri qədər, ya da ondan aşağı təhsil haqqı ödəməlidirlər:

“Səhv etmirəmsə, köçürülən universitetlərdən birində təhsil haqqı yüksək idi. Ancaq köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıb və ali məktəbin rəhbərliyi tələbələri Asiya Universitetində olan təhsil haqqı səviyyəsində ödənişlərin ödənilməsinə qərar verib”.

Ceyhun Bayramov bildirib ki, burada hər hansı ödənişin artırılmasından söhbət gedə bilməz:

“Bakı Asiya Universiteti, ümumilikdə ali məktəb kimi qeydiyyatdan keçib.  Ali təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya olmalıdır. Lisenziya 5 il müddətinə verilir və növbəti 5 il başa çatandan sonra Bakı Asiya Universitetinin rəhbərliyi tərəfindən lisenziyanın uzadılması üçün müraciət olunmayıb. Nə vaxt müraciət olunarsa, bu məsələyə baxılacaq”.