"Bank of Baku" hüquqşünas axtarır | Təhsil Elanları
"Bank of Baku" hüquqşünas axtarır
Bölmə:İş Elanları 583 dəfə oxunub
17.09.2015

"Bank of Baku" qərarların icrası şöbəsinə hüquqşünas axtarır. Maaş 400-500 manat civarındadır.

  • Şəhər - Bakı
  • Yaş - minimum 23 yaş
  • Təhsil - Ali
  • İş təcrübəsi - 1 ildən 3 ilə qədər
  • Elanın tarixi - 13 Sentyabr 2015
  • Bitmə tarixi - Oktyabr 13, 2015
     
    İş barədə məlumat

    Əsas vəzifə və öhdəliklər: 
    - Məhkəməyə göndərilməsi üçün Şöbəyə daxil olmuş işlərin məhkəməyə hazırlıq işlərini aparmaq, iddia ərizələrini hazırlamaq və işləri məhkəməyə göndərmək 
    - Məhkəmə, Icra, Hüquq mühafizə və digər dövlət orqanlarında Bankı nümayəndə qismində təmsil etmək 
    - Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək 
    - Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətləri cavablandırmaq

    Namizədə tələblər

    Tələb olunan meyarlar 
    - Ali hüquqi təhsil 
    - İş təcrübəsi 1-3 il 
    - MS Office proqramları ilə işləmə bacarığı 
    - Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir