Ziraat Bank işçi axtarır | Təhsil Elanları
Ziraat Bank işçi axtarır
Bölmə:İş Elanları 1587 dəfə oxunub
08.09.2015

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinə

Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işçi axtarır

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • 2 ildən artıq iş proqramlaşdırma sahəsi üzrə təcrübəsi;
  • SQL, PL/SQL bilikləri;
  • ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;
  • JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;
  • Rus və ingilis dili bilikləri;
  • Analitik təfəkkür;
  • Alqoritmik düşüncə tərzi;
  • Özgə kodu anlama bacarığı;
  • Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.

 

Əsas vəzifələr:

  • Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi
  • Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi
  • Proqram sənədləşməsinin yaradılması və müşayiəti
  • Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi
  • Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi
  • Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması

Göstərilən tələblərə cavab verən namizədlər İyul sentyabr ayının 30-dək öz CV formalarını azerbaijan.cv@ziraatbank.com elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.