Forex üzrə mütəxəssis | Təhsil Elanları
Forex üzrə mütəxəssis
Bölmə:İş Elanları 718 dəfə oxunub
03.09.2015

Əsas vəzifələri:

·         Bankın Forex üzrə məhsul və xidmətlərinin təşkili və aparılması;

·         Potensial müştərilərin axtarışı və cəlb olunması;

·         Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;

·         Call centre-ın Forex ile bağlı işin təşkili və nəzarəti;

·         Forex barədə  müştərilərə təlimlərin təşkili və aparılması;

·         Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxılması  və həll olunması;

·         Bankın Forex siyasətinə uyğun  marketinq araşdırmalarının aparılması və araşdırmalar əsasında biznes planın hazırlanması;

·         Marketinq departamenti ilə birlikdə Forex məhsullara aid reklam aksiyalarının təşkili və buna aid olan digər  fəaliyyətlərin həyata keçirilməsi;  (Reklam vasitələrinin  dizaynı üzrə təkliflərin verilməsi, interaktiv marketinq, qizli marketinq, açıq marketinq və s.)

·         Reklam aksiyalarının təhlil edilməsi və onların səmərəliliyi və nəticələri  haqqında hesabatların hazırlanması;

·         Bankın Forex məhsullarının inkişafina dair təkliflərin verilməsi və s.

·         Satışın  rüblük / illik planının tərtib edilməsi və  satış statistikasının təhlili

Namizədə olan tələblər

·         Təhsil : Ali

·         İş stajı : müvafiq sahədə ən azı 3 il

·         Dil biliyi : Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir

·         Kompüter biliyi: MS Office (əla səviyyədə)

·         Yüksəl analitik qabiliyyətli

·         Yüksək ünsiyyət və təqdim edtmə  bacarıqları

·         Satışın psixologiyası və prinsiplərin yaxşı bilməsi

·         Məqsədəyönümlü, məsuliyyətli, operativ və  yeni ideyalara malik olması

 

Qeyd: Kişi namizədlərə üstünlük veilir.

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.

Əlaqə vasitələri:

 E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33