Təhsil Nazirliyi dərs saatlarının vaxtını dəyişir | Təhsil Elanları
Təhsil Nazirliyi dərs saatlarının vaxtını dəyişir
Bölmə:Təhsil Nazirliyi 1756 dəfə oxunub
18.08.2015

“Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının 30 iyun tarixli 1 saylı protokolu qərar qəbul olunub və bu qərar müxtəlif dövlət qurumlarına, o cümlədən də Təhsil Nazirliyinə göndərilib.

“Yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub”.

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. O qeyd edib ki, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı müvafiq qərarları olub:

“Qeyd edim ki, Təhsil Nazirliyi həmin qərarın icrası ilə bağlı bir neçə təklif verib. Artıq müvafiq təkliflər Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasına təqdim edilib. Təkliflər bunlardır. Burada, əvvəla, ictimai nəqliyyatın, o cümlədən taksi sürüclərinin yenidən və sistemli  hazırlığı ilə bağlı təkliflər vermişik.

Məlum olduğu kimi, sürücü kadrlarını ölkədə müxtəlif şirkətlər hazırlayır və bu həmin hazırlığın metodikalarının müxtəlifliyi deməkdir. Təhsil Nazirliyi tabeçiliyindən və mülkiyyət formasında asılı olmayaraq, sürücü kadr hazırlığı aparan bütün təhsil müəssisələrində vahid proqram əsasında tədris və yenidən təkmilləşdirmə aparılmasını təklif edib”.

Sülhəddin Gözəlov ikinci təklifin Bakıda nəqliyyat sıxlığının azaldıması ilə bağlı Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil müəsissələrinin qapalı əraziləri sahələrində həmin müssəsələrin əməkdaşlarının nəqliyyat vasitələrini parklanma imkanlarını araşdırılması ilə bağlı olduğunu bildirib:

“Bir neçə ali təhsil müəssisəsində bununla bağlı araşdırma aparılıb, qapalı ərazilərdə neçə maşının parklanmasının mümkünlüyü yoxlanılıb.

Araşdırmalar göstərir ki, nəqliyyat sıxlığı müşahidə edilən yerlərdə yeləşən ali təhsil müissələrində qapalı ərazilərdə əməkdaşların şəxsi avtomabillərinin saxlanması hesabına küçədə parklanmanı 20-30 faizə qədər azaltmaq olar. Bu da öz növbədə sıxlığın müəyəyn azaldılmasına təsir edir”.

Nazirlik rəsmisi üçüncü təklifin isə Bakıdakı təhsil müəssisələrində iş qrafiki ilə bağlı olduğunu vurğulayıb:

“Öncədən qeyd edim ki, bu təklif yalnız Bakı şəhərində yalnız nəqliyyatın sıx olduğu ərazilərə və bu ərzilərdə yerləşən təhsil müəssisələrinə – həm ali təhsil, həm orta məktəblərdə aiddir. Nəqliyyatın sıx olduğu ərazilərdəki təhsil müəssisələrinin iş qrafikinin dəyişməsini Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarına əsasən edilib.

Bu qrafik saat 8-10 arasını əhatə edir. Qeyd edim ki, nəqliyyatın sıx olmadığı ərazilərdə yerləşən təhsil müəssisələrində iş qrafiki olduğu kimi qalacaq. Yalnız nəqliyyat qovşağı mürəkkəb olan, tıxacların yaranmasına səbəb olan ərazilərdəki təhsil müəsislərinin iş qrafiklərində dəyişiklə bağlı Nazirlər Kainetinə təkliflər vermişik.

Bu təkliflər ilk öncə dərs alanlarındakı şagird və tələblərin sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq verilib. Təkliflər Nazirlər Kabinetinə verilib və qərar qəbul olunarsa bu haqda məlumat verəcəyik”.