Ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəzərinə! | Təhsil Elanları
Ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 619 dəfə oxunub
16.08.2015

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər 2015-ci il avqustun 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Səhifəmizə ünvanları çoxsaylı sualları nəzərə alaraq onu da qeyd edirik ki, həmin şəxslər qeydiyyatdan keçərkən tələb olunan sənədlər barədə məlumatı daxil olduqları təhsil müəssisəsindən əldə etməlidirlər.