Mühasib - 1000 AZN | Təhsil Elanları
Mühasib - 1000 AZN
Bölmə:İş Elanları 1815 dəfə oxunub
05.08.2015

Vakansiya: Mühasib

İşə götürən: Kaspi Təhsil Şirkəti

Elan tarixi: 5 avqust 2015

Son tarix: 12 avqust 2015

Vakansiya nömrəsi: 018

Yerləşdiyi ərazi: Bakı, Ağ şəhər

Əmək haqqı: 800-1000 AZN

İş saatları: Həftə içi 9:00-18:00, şənbə günü – qısaldılmış iş günü

 

Vəzifə öhdəlikləri:

  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, dövlət orqanları ilə iş və dövlət orqanlarına hesabatların göndərilməsi; uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;

  • Daxil olan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək; onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;

  • Xərc smetalarının icrası, mal satışı və görülən iş və xidmətlərin uçotunun aparılması;

  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosedura nəzarət etmək;

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

  • Əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;

  • Vakansiya tələbləri:

  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə minimum bakalavriatura dərəcəsi;

  • Minimum 3 il iş təcrübəsi;

  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;

  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;

  • Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;

  • MS Office proqramlarında sərbəst işləmək qabiliyyəti. Xüsusilə MS Excel-dən yüksək istifadə bacarığı;

  • Beynəlxalq Maliyyə Hesabatı Standartları ilə tanışlıq üstünlükdür;

Ərizə Forması - nı yükləmək üçün üzərinə basın.

 

Maraqlananlar veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az ünvanına göndərə bilərlər. 
Şəxsi CV-lər qəbul olunmur.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.

Elana verilmiş vakansiya üzrə yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.