Natiqlik üzrə 4 günlük təlim | Təhsil Elanları
Natiqlik üzrə 4 günlük təlim
Bölmə:Elanlar Təlimlər / Trainings 1259 dəfə oxunub
07.11.2013

Danışığınızla insanları idarə edin!

Natiqlik qabiliyyəti istənilən sahədə istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir, bu səbəbdən İnnovativ Təlim MərkəziOratorica Training & Event Organising sizləri karyera qurmaq üçün vacib olan bu sənətin incəliklərini mütəxəssislərdən öyrənməyə dəvət edir.

4 günlük intensiv təlim kursunda öyrənəcəkləriniz:
• Natiqin özünü kökləməsi
• Çıxışın məqsədi
• Hazırlığın ilkin mərhələsi
• Çıxışı necə hazırlamalı
• Çıxışın strukturu
• Diqqəti özündə saxlama prinsipləri
• Daha yaxşı çıxış üçün nə etməli
• Suallara cavab vermə prinsipləri

Dərslər 4 gün davam edəcək. Sonda praktik məşğələ və imtahan olacaq.

Bunlarla bərabər təlim zamanı komanda işləri və energizer-lər olacaq.

Ödəniş: 29 AZN (Tələbələr üçün 15 AZN)

Proqrama daxildir:

  • 8 saatlıq dərs paketi
  • praktik məşğələlər
  • imtahan
  • cofe break
  • SERTİFİKAT

Hər dərsin müddəti: 120 dəqiqə

Dəsr iki növbədə olacaq:
səhər növbəsi: 10:00-12:00
günorta növbəsi: 15:00-17:00

Tarix: 2,4,6,9 dekabr

Maksimal iştirakçı sayı: 15

Təlimçi: Tofiq Sadixov

* "Oratorica Training & Event Organising" İcraçı Direktoru
* 5 illik təlimçi təcrübəsi
* 2008-ci il Gənclər arası Debat Natiqlik yarışının qalibi və Ən yaxşı natiqlərindən biri

 

QEYDİYYAT BURADA