Bu gün “Son zəng”dir | Təhsil Elanları
Bu gün “Son zəng”dir
Bölmə:Təhsil Nazirliyi 663 dəfə oxunub
29.05.2015

Bu gün Azərbaycanın bir çox məktəbində “Son zəng” qeyd olunur.

Tehsil.im APA-ya istinadən xəbər verir ki, bu il “Son zəng” iki gün - mayın 29-u və 30-da qeyd olunacaq.

Belə ki, tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün "Son zəng" bu gun, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri isə mayın 30-da təskil ediləcək.

2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.