Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! | Təhsil Elanları
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə!
Bölmə:Dövlət qulluğu 2135 dəfə oxunub
25.05.2015

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2014-cü ildən göstərilən “Onlayn sınaq test imtahanları” elektron xidmətinin məzmunu ilə bağlı dəyişikliklər edilmişdir.

Əvvəllər sınaq test imtahanları 5-ci və 6-7-ci təsnifatlar üzrə bir variantda həyata keçirilirdi. Hazırda həm 5-ci, həm də 6-7-ci təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılmışdır.

Onlayn sınaq test imtahanları dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılması və onların test imtahanlarında təqdim olunan test tapşırığı nümunələri ilə tanışlığı məqsədi ilə həyata keçirilir.

Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə istifadə etmək olar.