Təhsildə müəllimlərə sərf etməyən - YENİLİKLƏR | Təhsil Elanları
Təhsildə müəllimlərə sərf etməyən - YENİLİKLƏR
Bölmə:Təhsil Nazirliyi 1509 dəfə oxunub
23.05.2015

Dərs yükü yuxarı hədd-36 saat gözlənilməklə, məktəbdəki mövcud müəllimlər arasında bölünəcək

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu il 3 mindən artıq vakansiya olacağını açıqlayıb:

"Vakansiyaların toplanması mayın 15-dək davam edib. Bu il vakansiyaların sayı 3 mindən çox olacaq. Yalnız Bakının özündə müxtəlif fənlər üzrə 500-dən vakant yer ayrılıb. Digər yerlər isə respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edir. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlər arasında hər zaman ibtidai sinif, dil ədəbiyyat və ingilis dili müəllimləri üstünlük təşkil edir. Məsələn, ötən il müsabiqədə iştirak üçün sənəd verən 20 min namizəddən 6 minə yaxını yalnız ibtidai sinif müəllimləri olub. Vakansiyalara gəlincə, ölkə üzrə xüsusilə bölgələrdə daha çox  kimya, fizika, biologiya, coğrafiya fənləri üzrə müəllimlərə böyük ehtiyac var. Bakıda isə Rus bölməsində ibtida sinif müəllimliyi əsas lazım olan və müəllimə ehtiyacı olan fəndir.

Bu gün vakansiya varsa, məsələn müəllim yaş həddinə görə işdən çıxıbsa, analıq məzuniyyətinə gedibsə və ya iş yerini dəyişibsə, bu halda tələb edirik ki, həmin dərs yükü yuxarı hədd-36 saat gözlənilməklə məktəbdəki mövcud müəllimlər arasında bölünsün. Bu mümkün olmayanda vakansiya müsabiqəyə çıxarılır. Respublika üzrə artıq bütün fənlər üzrə 3 mindən artıq vakansiya var. Onlar Təhsil Nazirliyinə göndərilib və burada təhlili aparılandan sonra iyunun 1-dən yerdəyişmə, iyulun 1-dən isə müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayacaq."  (apa)