Natiqlik sənəti təlimi - ÖDƏNİŞSİZ | Təhsil Elanları
Natiqlik sənəti təlimi - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1682 dəfə oxunub
12.05.2015

İnnovativ Biznes-İnkubator “Təlim Festivalı” adlı layihənin 7-ci təliminə start verdi.

Festival çərçivəsində keçiriləcək bütün təlimlər ÖDƏNİŞSİZDİR.

Təlimin mövzusu: Natiqlik sənəti

Bizim ətraf aləmlə yalnız dörd təmas üsulumuz var. Bizə gördüyümüz işə, görünüşümüzə, nə və necə danışmağımıza görə qiymət verirlər. Buna baxmayaraq çox adam məktəbi bitirdikdən sonra danışıq qabiliyyətini inkişaf etdirməyə əhəmiyyət vermədən söz ehtiyatını zənginləşdirmək haqda düşünmür.
Auditoriya qarşısında çıxış etmək istənilən sahədə, istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir, bu səbəbdən Sizi karyera qurmaq üçün vacib olan Natiqlik sənətinin incəliklərini öyrənməyə dəvət edirik.

Təlimdən öyrənəcəyiniz:
• Həyacana qarşı profilaktika 
• Qurbağanı necə yeməli? 
• Qəlyanaltı, Əsas Yemək, Desert 
• Yadda saxlama metodları 
• Auditoriyadakı Təxribatlar 
• Snayper və Terrorist 
• Verbal və Qeyri verbal ünsiyyət 
• Suallara cavab vermə texnikası 
• Diqqəti özündə saxlama fəndlər

Təlimçi: Tofiq SADIXOV https://www.facebook.com/tofiq.sadixov

2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr təhsilini alıb. 2008-2009-cu illərdə Vətəndaş Cəmiyyətində Debat İB-nin Respublika Məktəbli Debatları proqramının koordinatoru, 2009-2010-cu illərdə Respublika Tələbə Debatları proqramının koordinatoru olub. 2008-2010-cu illərdə "Sağlam Düşüncə" Gənclər təşkilatının idarə heyəti üzvü, 2010-2012-ci illərdə həmin təşkilatın sədri olub. FİFA U17 Qadınlararası Futbol üzrə dünya çempionatında Komandalara Xidmət Departamentinin Mütəxəssisi olaraq çalışıb. 2013-cü ildə "Gənc Xəzər Mühəndisləri" İB-nin layihələr direktoru olub. AEGEE-Bakı - Avropa Tələbələr Forumu Bakı İB-nin Fəxri üzvü və məzunudur. 2008-ci iləd müxtəlif layihə və tədbirlərdə könüllü, assitant, komanda rəhbəri, mütəxəssis, təlimçi və təşkilatçı kimi çalışıb. Gürcüstan, Rusiya, Ukrayna, Makedoniya, Türkiyə, Ruminıya, İngiltərə, Fransa və digər ölkələrdə müxtəlif seminar, konfrans və təlimlərdə iştirak edib. 2010-cu ildən sərbəst peşəkar təlimçiliklə məşğuldur. 5 il ərzində bütün Azərbaycan üzrə 5000-dən çox gəncə təlim keçib. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert kimi çıxış edir.

Təlimin vaxtı: 16 May saat 15.00-17.00
Təlim müddəti: 2 saat (15 dəq kofe fasiləsi)
Təlimin sonunda bütün iştirakçılara sertifikat veriləcək.
Qeydiyyatdan keçməyə tələsin yerlər məhduddur.
Son qeydiyyat tarixi: 14 May saat 15:00
Qeydiyyatdan keçmək üçün ibi.aseu@gmail.com ünvanına CV formanızı "Tehsil.im" başlığı ilə göndərməyiniz xahiş olunur. Cv yollayarkən mövzu hissəsində təlimin adını qeyd etməyi unutmayın (əks halda müraciətinizə baxılmayacaq).
QEYD: 1 .Müraciətlər yalnız CV formasında olmalıdır.
2. Son qeydiyyat tarixindən sonra olan müraciətlərə baxılmayacaq.
3. İBİ-dən rəsmi dəvət (zəng) almayan, eyni zamanda təlimə gecikən 
şəxslər təlimə buraxılmayacaq.
4. Təlim sona çatmadan auditorianı tərk edən şəxslərərə sertifikat 
verilməyəcək.
5. Yerlərimiz məhdud olduğu səbəbindən biz hər təlimdə yeni insanların 
iştirakını təmin etməyə çalışırıq. Təəssüf ki, festival çərçivəsində 
təlimlərdə ən azı bir dəfə iştirak etmiş şəxslər digər təlimlərdə yalnız 
əlavə yerlərin olduğu halda iştirak edə bilərər.
6. İştirakını təstiq etməsinə baxmayaraq, təlimə gəlməyən şəxslər 
Festivalın digər təlimlərində iştirakçı ola bilməzlər.
Sponsorumuz olan BİSMAK şirkətinə xüsusi təşəkkürlərimizi bildiririk!
Əlaqədar şəxs: Leyla Şiriyeva
Əlavə məlumat üçün əlaqə vasitələri: 
Az 1001, İstiqlaliyyət 6, ADİU, otaq 1
Tel/Fax: (+99412) 492 31 21 
Mob: (+99450) 856 02 01
E-mail: ibi.aseu@gmail.com