12 iyunda iş olmaya bilər | Təhsil Elanları
12 iyunda iş olmaya bilər
Bölmə:Xəbərlər 608 dəfə oxunub
11.05.2015

I Avropa Oyunlarının açılışı gününün qeyri-iş günü elan edilməsi təklif olunur

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Tehsil.im-in məlumatına görə, bu barədə Milli Məclisdən APA-ya bildirilib. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.