Dövlət qulluqçuları üçün təlimçilərin seçilməsi | Təhsil Elanları
Dövlət qulluqçuları üçün təlimçilərin seçilməsi
Bölmə:İş Elanları Dövlət qulluğu 2538 dəfə oxunub
28.04.2015

Elan: Dövlət qulluqçuları üçün təlimçilərin seçilməsi

Layihə: Dövlət qulluqçularının potensialının gücləndirilməsi yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması

Xidmətin göstərlicəyi yer: Bakı və Azərbaycanın digər regionları

Giriş

Layihə çərçivəsində Aİ ilə əlaqəli və seçilmiş digər prioritet sahələr üzrə standart təlim kurikulumları hazırlanmaqdadırHazırlanacaq təlim kurikulumlarının dövlət qulluqçularının əsas təlim ehtiyaclarına cavab verməklə onların bilik və bacarıqlarını artırması və beləliklə dövlət qulluğunun səmərəliliyini yüksəltməsi nəzərdə tutulur. Hədəf qruplarına dövlət qulluqçuları, o cümlədən yeni işə götürülmüş və rəhbər vəzifə tutmuş dövlət qulluqçuları daxildir. Hazırda layihə tərəfindən cəlb edilmiş mütəxəssislər aşağıdakı mövzular üzrə beş üz-üzə və iki elektron öyrənmə (e-öyrənmə) təlim kurikulumu hazırlayır:

Üz-üzə təlimlər:

Yaşlıların təlimi/Təlimçilərin təlimi sahəsində əsas bacarıqlar
Komandanın qurulması və motivasiya
Danışıqlar və münaqişələrin idarə edilməsi/Vasitəçilik
Vaxtın idarə edilməsi və iş bölgüsü
Liderlik bacarıqları

E-öyrənmə:

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
Dövlət qulluqçularının etik davranışı/Korrupsiyaya qarşı mübarizə

Kurikulumların hazırlanması başa çatdıqdan sonra, mütəxəssislər onların hər biri üzrə pilot təlim keçirəcəklər. Sonra yeni hazırlanmış kurikulumlar əsasında Bakıda və regionlarda daha çox dövlət qulluqçusu üçün təlim kurslarının keçirilməsi planlaşdırılır.   

Elan

Layihə yeni hazırlanan üz-üzə və e-öyrənmə təlim kurikulumları əsasında təlim kurslarının daha geniş miqyasda təqdim edilməsi üçün potensial təlimçilər axtarır.    

Aşağıdakı tələblərə uyğun maraqlı şəxsləri (uyğunluq sənədlərlə təsdiq edilməlidir) potensial təlimçilərin seçilməsi üzrə elanımıza müraciət etməyə dəvət edirik:

• Müvafiq sahədə ən azı 3 il peşəkar təcrübə
• Dövlət qulluğu təcrübəsi və ya Azərbaycanın dövlət qulluğu üzrə yaxşı səviyyədə biliklər 
• Təlim və/və ya təhsil proqramlarının keçirilməsi sahəsində təcrübə
• Yaxşı səviyyədə ünsiyyət və təqdimat bacarıqları
• Yaxşı səviyyədə kompüter bacarıqları (xüsusilə Microsoft Office proqramları üzrə)
• Azərbaycan dilini səlis bilmə

Seçilmiş təlimçilər üçün məcburidir:

• “Yaşlıların təlimi/Təlimçilərin təlimi sahəsində əsas bacarıqlar” üzrə keçiriləcək təlimdə iştirak etmək
• Yuxarıda qeyd edilən pilot təlimlərdə iştirak etmək və onların keçirilməsinə kömək etməyə hazır olmaq
• Təlim kurslarının keçirilməsində komanda kimi hərəkət etməyə hazır olmaq
• Hazırlanmış təlim kurikulumları və digər təlim materiallarını təlim kurslarının planlaşdırılması və keçirilməsində tam tətbiq etmək iqtidarında olmaq  
• Layihə tərəfindən qabaqcadan məlumatlandırılmaqla Bakı şəhərində və ondan kənarda təlim kursları planlaşdırmağa və həyata keçirməyə hazır olmaq (bu zaman təlimçi üçün ödəniş, mehmanxana, nəqliyyat və s. kimi xərclər layihə tərəfindən qarşılanacaq)    

Prosedur

1. İddiaçılar arasından potensial təlimçilərin ilkin seçimi aparılacaq. Bundan sonra, onlar əsas diqqətin yaşlıların təlimi sahəsinə verildiyi, təlimlərin keçirilməsi üzrə bilik və bacarıqların gücləndirilməsi məqsədi daşıyan, Təlimçilərin Təlimi proqramında iştirak edəcəklər.  
2. Potensial təlimçilərdən hazırda təlim kurikulumlarının hazırlandığı mövzulardan ən azı ikisini seçmələri tələb ediləcək. Sonra potensial təlimçilər müvafiq mövzular üzrə təlimçi kimi təhkim ediləcək. Seçim edilərkən üstünlüyün üz-üzə təlim kurslarının keçirilməsinə yoxsa e-öyrənmə kurslarının aparılmasına verildiyi göstərilməlidir.   
3. Potensial təlimçilərdən seçdikləri mövzular üzrə pilot təlimlərdə fəal şəkildə iştirak etmək və ya onların keçirilməsinə kömək etmək tələb ediləcək. 
4. Potensial təlimçilər fəaliyyətlərinə əsasən qiymətləndiriləcəklər. Potensial təlimçilərə mövcud təlimçi bacarıqları və ya məzmun üzrə bilik səviyyələri ilə bağlı potensiallarının yüksəldilməsi üçün əlavə tədbirlər təklif edilə bilər.  
5. Seçilmiş təlimçilərdən həm Bakıda, həm də regionlarda təlimlər keçmək tələb ediləcək. Bu təlimlərin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dəvət ediləcək.

Təlimçilər təlimlərin, hazırlanmaqda olan kurikulumlar və digər təlim materialları, habelə layihə tərəfindən təyin ediləcək digər təlimatlara uyğun şəkildə keçirilməsinə cavabdeh olacaqlar.       
Təlimçilərin Təlimi və potensialın artırılması ilə bağlı digər tədbirlərdə iştirak ödənişsizdir. Dövlət qulluqçuları üçün gələcək təlimlərin keçirilməsi üçün təlimçi kimi təsdiq ediləcək namizədlər bilik və təcrübələrinə uyğun ödənişlə təmin ediləcəklər.  

Ərizələrin verilməsi

Maraqlı şəxsləri sənədlərini ən gec 11 may 2015-ci il tarixinədək e-mail vasitəsilə giz-aserbaidschan@giz.de ünvanına göndərməyə dəvət edirik. E-mail-lərin mövzusunda “təlimçilərin seçilməsi üzrə elan” yazılmalıdır. Yalnız aşağıdakı sənədləri əhatə edən ərizələr nəzərə alınacaq:

1. Motivasiya məktubu (iki səhifədən çox olmamalıdır)
2. CV (iki səhifədən çox olmamalıdır)
3. Doldurmaq üçün ərizə forması (əlavəyə baxın) ( 1_ApplicationForm.doc )