Harvard universiteti haqqında | Təhsil Elanları
Harvard universiteti haqqında
Bölmə:Xaricdə Təhsil 2349 dəfə oxunub
25.04.2015

Harvard Universiteti (Harvard University) — ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.

• Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Devizi - Həqiqət (Veritas), simvolu tünd qırmızı rəngdir.
• Universitetin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin qərarı ilə kollecin yaradılmasından başlayır.
• Kollec ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib (birinci yezuitlər ordeni monastırının kitabxanası idi).
• XIX əsrin ilk rübündə kollecin universitetə çevrilməsi prosesi baş verir. Bu zamana qədər orada incil, müxtəlif dillər və riyaziyyat öyrədilirdi. Kollecin universitet statusu alması burada tibb (1810) və hüquq (1817) elmlərinin tədris edilməsi ilə bağlıdır.
• Harvardın ilk buraxılışı 9 nəfər olub.
• Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır.
• Harvardda 2300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatçısı var. Ümumiyyətlə, dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır. Harvardda 1 il təhsil almaq orta hesabla 42000 ABŞ dollarına başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır, bu xarici tələbələrə də aiddir.
Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib:
• ABŞ-ın 7 prezidenti (Con Adams, Con Kinsi Adams, Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi və kiçik Corc Buş); 
• Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi;
• Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas.
• Microsoft şirkətinin yaradıcısı Bill Qeyts. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə Microsoft şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.