Xaricdə təhsil almaq istəyənlər üçün vacib məsləhətlər - MARAQLI MÜSAHİBƏ | Təhsil Elanları
Xaricdə təhsil almaq istəyənlər üçün vacib məsləhətlər - MARAQLI MÜSAHİBƏ
Bölmə:Xaricdə Təhsil Müsahibələr 4207 dəfə oxunub
22.04.2015

Xaricdə təhsil almaq istəyən tələbə illik 10 000 manatı gözdən çıxarmalıdır..

   Bildiyiniz kimi ölkəmizdə xaricdə təhsilə maraq artmaqdadır. Əsasən də son iki-üç il ərzində xarici universitetlərə üz tutan gənclərin sayı artıb. 

Bunu nəzərə alaraq Tehsil.im olaraq oxucularımızın xaricdə təhsillə bagli daha çox informasiya alması üçün təhsil sahəhəsində uğurlar qazanmış Company of Education & Outsourcing - CEO-nun mütəxəssisi Aynura M. Seyidovadan müsahibə aldıq..

 Aynurә xanım, ildən-ilə gənclərimiz arasında xaricdə təhsil almağa meyl artır. Təhsil sahəsində bir mütəxəsis kimi bu tendensiyanı nə ilə əlaqələndirərdiniz?

- Çünki gənclər artıq daha geniş düşünürlər, karyera qurmaq, uğurlu olmaq, rəqabətdə geri qalmamaq üçün yüksək təhsil almağın önəmini dərk edirlər.

 Bir Azәrbaycan gәncinin xaricdә təhsil alması üçün hansı imkanları var? Yəni onun hansi seçimləәri var, hansi yollarla xaricdә tәhsil ala bilәr?

- Əslində bütün imkanlar tələbənin özündən asılıdır, istəyindən asılıdır. Hər tərəfli araşdırma edən gənc öz imkanlarına uyğun program tapa bilər. Amma son zamanlar tələbələr əsasən Dövlət xətti ilə təqaüd qazanıb oxumağa üstünlük verirlər. Bundan əlavə hər bir xarici ölkədə hər ölkəyə uyğun təqaüdlər mövcuddur. Sadəcə bir çox proqramlardan çox tələbələrimiz xəbərsizdir. Misal üçün hər bir universitetdə Excellence scholarship adlı program var. Xarici ölkə universitetində təhsil alan tələbə universitetə getdikdən sonra bu təqaüdə baş vurub uygun normativləri ödəyərək təqaüd əldə edə bilər. (Bax: Xaricdə təhsil almaq üçün ilkin addımlar )

  Bildiyiniz kimi, hazırda dövlət proqramına maraq böyükdür. Zәhmәt olmasa, gәnclərimizin dövlәt proqramı ilә xarici universitetlәrdә təhsil alma şәrtləәri barәdә məәlumat verərdiniz. Nәyi necə etməlidirlәr?

- Dövlət proqramında əsasən (neçə illik müşahidələrimə dayanaraq deyə bilərəm) universitetin prestijinə və tələbənin biliyinə önəm verirlər. Ola bilər ki, belə bir narazıçılıq olar müsahibəni oxuyanlar arasında amma həqiqətən müsahibə zamanı özünü düzgün ifadə edənlər, suallara geniş cavab verənlər həmişə uğurlu olub. İlk öncə sənədləşdirməni tam və düzgün şəkildə etməli, ixtisasa uyğun hazırlaşmalıdırlar.

  Maraqlıdı gәnclәr әn çox hansı ölkәdə tәhsil almaga üstünlük verirlәr? Vә niyә mәhz hәmin ölkә sizcә?

- Son zamanlar Almaniya ( təhsil haqqı aşağı olduğu üçün), İtaliya (təqaüdlər çox olduğu üçün), İngiltərə və Türkiyəyə maraq çoxdur. Məncə ölkədən çox seçdiyiniz ixtisas üzrə hansı universitet güclüdürsə ora yönəlmək lazımdır.

  Bəs ən çox hansı ixtisaslara maraq var?

- Hər il olduğu kimi bu ildə iqtisadiyyat və komputer elmləri ilə bağlı ixtisaslar üzrə təhsilə maraq çoxdur. Hətta dilçilik üzrə bakalavr təhsili alan tələbələr də bu sahələrə maraq göstərirlər.

  Avropa ölkələrindә öz vәsaitlәri hesabına təhsil almaq istəyənlər üçün təhsil haqqı və aylıq xәrcin miqdarı təxminən nə qədərdir?

- Bu sual ölkədən asılı olaraq dəyişir. İngiltərədə bu məbləğ illik 20000 manatdan başlayırsa, Almaniya, İtaliya kimi ölkədə illik 7000-dən başlayır. Bu tələbədən də çox asılıdır, amma ümumi desək xaricdə təhsil almaq istəyən tələbə illik 10000 manati gözdən çıxarmalıdır (bütün xərcləri daxil edərək qiymət təyin etsək) ( Bax: Xaricdə təhsil almaq üçün maliyyə problemlərinin həlli! )

  Ümumiyyәtlә xaricdә tәhsil üçün hansı sәnədlər tələb olunur?

- Əsasən Diplom (bakalavr üçün attestat)

- transkript

- xarici pasport

- 2 referans məktubu

- istək məktubu

- dil sertifikati

- və sertifikatlar

  Bir qәdәr dә yay və qış məәktәbləri barədә danışmaq istərdik. Bu məktәblәrin məqsədi nədi vә gənclәr üçün nə dәrəcədә vacibdi? Ümumiyyәtlә gənclərin maragi bu sahəәyә varmı? Bizdə olan məlumata gorə hal hazirda sizdəә 10-17 yaşlılar üçün YAY Mәktәbinә qeydiyyat da var. Bu barәdә də mәlumat verәrdiz zəhmәt olmasa.

- Son zamanlarda ən çox gündəmdə olan məsələdir. Son 3-4 ildə bu tendensiya daha da sürətlənir. Bu məktəblər iştirakçılara dil bilikləri ilə yanaşı dünya görüşünün artırılmasında və şəxsi inkişafına köməklik edir. Xaricdə 2 həftə keçirmək istəyən tələbə hər şey daxil 1500-2000 manat büdcə ayırmalıdırlar. Bəli hal hazırda bizdə yay məktəblərinə qeydiyyat var və qeydiyyat əsasən aşağıdakı istiqamətlərdə aparılır

- London, Brighton, Eastbourne qrupu - 17 yaşından yuxarılar üçün

- London, Brighton, Eastbourne qrupu - 10-17 yaşlılar üçün

- Malta qrupumuz (bütün yaş kateqoriyaları üzrə)

- Amerika qrupu (bütün yaş kateqoriyaları üzrə)

- İspaniya qrupu (bütün yaş kateqoriyaları üzrə)

- İtaliya qrupu (bütün yaş kateqoriyaları üzrə)

    Hazırda sizin şirkətin yəni CEO-nun xәtti ilə tәləbәlər hansı ölkәlərdә təhsil alır?

- Hal-hazırda İngiltərə, İtaliya, Latviya, Almaniya, Avstriya, Türkiyə, Belarusiya və İspaniyada tələbələrimiz var

- Bildiyiniz kimi hal-hazırda xarici universitetlәrә təlәbә qəәbulu iləә mәşğul olan şirkәtlәr kifayәt qədərdir. Company of Education & Outsourcing - CEO olaraq sizi digәrlərindəәn fәrqlәndirәn cәhәt hansıdır? Xaricdә tәhsillә bağlı hansı xidmətlәri təәklif edirsiniz?

- Bəli son zamanlar bizim sahədə rəqabət daha güclüdür və kifayət qədər şirkətlər var. Fərqimiz kimi deyil də, üstünlük baxımından desək tələbələrə real təqaüd imkanlarını uyğun qiymətə təklif edirik.

Xaricdə təhsil sahəsində qəbul, visa dəstəyi, yaşayış yerinin tapılması, transfer xidməti, dil kursları, ixtisas artırma kursları, praktika proqramları təklif edirik.

Bizə vaxt ayırdığınız üçün Tehsil.im adından Sizə minnətdarlığımızı bildiririk, Aynurə xanım.

Dəyməz. Gənclərlə bağlı, təhsillə bağlı mövzulara yer ayırdığınız üçün sizə təşəkkür edirəm.

Xaricdə təhsillə bağlı ətraflı məlumat üçün əlaqə vasitələri:

Nizami filialı.

Tel: (012) 505 53 31 
Mob: (051) 303 47 48 
(070) 821 70 00 
Ünvan: Caspian Plaza, korpus 1, mərtəbə 7.

Həzi Aslanov filialı.
Tel: (012) 409 31 67 
Mob: (051) 487 07 70 (070) 881 35 24 
Ünvan: Xudu Məmmədov 4. ( 245 nömrəli məktəbin yaxınlığında )

info@forens.az 
info.ceo.com@gmail.com
Company of Education and Outsourcing -- Forens MMC