Müəllimlər imtahan verəcək - VİDEO | Təhsil Elanları
Müəllimlər imtahan verəcək - VİDEO
Bölmə:Təhsil Nazirliyi 5539 dəfə oxunub
21.04.2015

Bu dəfə bölgələrdə çalışan müəllimlərin imtahanı keçiriləcək

Ölkə ərazisində müəllimlərin qiymətləndirilməsi əvvəlcə paytaxt məktəblərindən başlanılsa da bu ənənə davam etdirilir. 

ANS TV-nin məlumatına görə, yaxın vaxtlarda bölgələrdə çalışan müəllimlərində sınaq qiymətləndirilməsi baş tuta bilər.

Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində bildirdi ki, Azərbaycan Respublikasında başladılan bu islahatın davamını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən hökümətə Nazirlər Kabinetinə müvafiq təklif təqdim olunub. Hazırda təklifə baxılır. 

Qeyd edək ki, paytaxtda müəllimlərin qiymətləndirilməsi prosesi başa çatıb.