Boğaziçi Universiteti haqqında | Təhsil Elanları
Boğaziçi Universiteti haqqında
Bölmə:Xaricdə Təhsil 1627 dəfə oxunub
18.04.2015

Boğaziçi Universiteti 1863-cü ildə “Robert Kolleci” adı ilə İstanbulda yaradılmışdır. 1971-ci ildə isə Boğaziçi Universiteti adlandırılmışdır. Qurulduğu ildən bəri universitet Türkiyənin ən yüksək keyfiyyətli təhsil verən universiteti olaraq qəbul edilmişdir. 2006, 2007 və 2009-cu illərdə ÖSS-də ən çox üstünlük verilən universitetlər kateqoriyasında birinci yerdə olmuşdur

.Dövlət universiteti olan Boğaziçi Universitetinin kampusları aşağıdakılardır:
- Güney kampusu;
- Quzey kampusu;
- Hisar kampusu;
- Uçarsavar kampusu;
- Sarıtəpə kampusu.

Universitetin rektoru Gülay Barbarosoğludur. Universitetin 4 fakültə, 32 ixtisas, 6 institut, 15 araşdırma mərkəzi və 86 laboratoriyası var. Universitetin 1107 inzibati heyəti, 12000-dən çox tələbəsi var. Universitetin məşhur məzunları: Nil Karaibrahimgil, Fahriye Evcen, Cem Yılmaz, Gülse Birsel.