Toronto universiteti haqqında | Təhsil Elanları
Toronto universiteti haqqında
Bölmə:Xaricdə Təhsil 1602 dəfə oxunub
16.04.2015

Toronto universiteti Şimali Amerikanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. Kanadanın Ontario əyalətində yerləşən universitet 1827-ci il 15 mart Yuxarı Kanadada Kral lV Georqun Kral Kollecinin yaradılması haqqında xartiyanı imzalamasından sonra yaradılıb. Əvvəllər anqlikan kilsəsi tərəfindən idarə olunan Toronto universiteti 1849-cu ilə qədər dini yönümlü təhsil müəssisəsi olmuşdur.

Hal-hazırda dövlət universiteti olan Torontonun rektoru Devid Petersondur və 2547 nəfərlik işçi heyəti, 33,318 bakalavr, 12,732 magistr tələbəsi var.

Universitetin fakültələrinə daxildir: Tətbiqi elmlər, incəsənət və mədəniyyət, dizayn-memarlıq, musiqi, tibb, informatika, diş həkimliyi, aptek işi, hüquq-idarəçilik və s.

Universitetdə təxminən 4000-dən çox əcnəbi tələbə təhsil alır və əcnəbi tələbələrin təhsil haqqı tədris proqramından asılı olaraq, 11.160-40.000 dollar arasında dəyişir. Toronto Universiteti kitabxanasının böyüklüyünə görə Harvard,Yale və Berkli universitetlərindən sonra Şimali Amerikada 4-cü yerdə dayanır. Universitetin ən böyük kitabxanası Robartsdır və ümumilikdə isə, 44 kitabxanası var. Universitetdə tələbələrə 800-dən çox incəsənət, biznes və digər proqramlar, dünyanın 40 ölkəsində 130 mübadilə proqramı, 16 ölkədə yay proqramları təklif edilir.

Toronto Universitetində onlarla azərbaycanlı tələbə təhsil alır və burada 2009-cu ildən "Azərbaycanlı Tələbə Təşkilatı" fəaliyyət göstərir. Universitetin məşhur məzunları: -Volter Kohn: kimya üzrə Nobel mükafatı laureatı -Lester Pirson: sülh üzrə Nobel mükafatı laureatı -Pol Martin: Kanadanın 21-ci baş naziri -Stiven Harper: Kanadanın 22-ci baş naziri -Vaira Vike-Freiberqa: latviyanın 6-cı prezidenti Universitet ilk elektronik ürək kardiostimulyatoru, süni qırtlaq və süni mədəaltı vəz əməliyyatını, kimyəvi lazeri təkmilləşdirmişdir.