Bölmə:İş Elanları 158 dəfə oxunub
Struktur bölmənin (struktur vahidin) adı: İnsan resurslarının idarə edilməsi şöbəsi
Vəzifənin adı: Şöbə müdiri
Qulluq funksiyaları:
- Kadr təminatının proqnozlaşdırılması, insan resurslarının idarə edilməsi üzrə işlərin təşkili, həyata keçirilməsini təmin edir;
- Vakant vəzifələrin tutulması üçün qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
- Müvafiq vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramlarının layihələrinin hazırlanmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir;
- Əməkdaşlar haqqında məlumatların, əmək müqaviləsi bildirişlərinin müvafiq informasiya sistemlərinə daxil edilməsinə və yenilənməsinə nəzarəti həyata keçirir;
- Əməkdaşların xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsinə, əmək kitabçalarının doldurulmasına, onların qeydiyyatının aparılmasına və saxlanmasına nəzarəti təmin edir;
- Əməkdaşların şəxsi işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasını təmin edir;
- Mərkəzdə çalışan əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarətdən irəli gələn tapşırıqların yerinə yetirilməsini təmin edir;
- İllik məzuniyyət qrafikinin hazırlanması, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət edilməsi, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görülməsinə nəzarət edir;
- Əmək qanunvericiliyinin müvafiq müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasına rəhbərlik edir, əmək və icra intizamının pozulması hallarının rəsmiləşdirilməsini təmin edir;
- Əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması üzrə struktur bölmələr arasında fəaliyyətin əlaqələndirməsini təmin edir, işlərin vəziyyətini təhlil edərək təkliflər hazırlanmasına nəzarət edir;
- Əməkdaşların peşəkarlığının artırılması məqsədilə təlim ehtiyaclarının müəyyən edilməsini, təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsini təmin edir;
- Ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir, bununla bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsinə nəzarət edir;
- Mərkəzdə insan resurslarının idarə edilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir;
- Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə iştirak edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə İdarə Heyətinin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
- Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
- Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
- Tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
Vəzifənin tutulma şərtləri:
Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə ixtisasları qrupu; Hüquqşünaslıq; Dövlət və ictimai münasibətlər; Politologiya; Psixologiya; Sosiologiya; Filologiya (dil və ədəbiyyat göstərilməklə);
İş stajına dair tələblər: Vəzifənin fəaliyyət sahəsi üzrə azı 7 il iş stajı
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: Rus dili B2 və ingilis dili B2;
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 2 oktyabr 2024-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.