Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılıb | Təhsil Elanları
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılıb
Bölmə:Xəbərlər 84 dəfə oxunub
29.08.2024

Avqustun 27-də 2024–2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilib.

II mərhələdə namizədlər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Bununla yanaşı, peşə təhsili pilləsinə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələ üzrə ixtisas seçimi edə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər sənədlərin təqdimi üçün qəbul olunduqları müəssisəyə müraciət etməlidirlər.