Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb | Təhsil Elanları
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb
Bölmə:Xəbərlər 59 dəfə oxunub
30.07.2024

Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti 1 avqust saat 18:00-a qədər uzadılıb. 

Qeyd olunan tarixədək təhsil müəssisəsini, ixtisas və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” bölməsi vasitəsilə müraciət formasını doldurub təsdiqləyə bilərlər. 

Köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir.