Təhsilini lisey və gimnaziyalarda davam etdirmək istəyən şagirdlərin nəzərinə! | Təhsil Elanları
Təhsilini lisey və gimnaziyalarda davam etdirmək istəyən şagirdlərin nəzərinə!
Bölmə:Xəbərlər 356 dəfə oxunub
20.05.2024

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir. 

Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək. 

Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.  

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.  

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək:
21 iyun – 7 və 8-ci siniflərə qəbul
22 iyun – 6-cı siniflərə qəbul
23 iyun – 5-ci siniflərə qəbul 
 

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3yugIS7