Təyyarə bələdçisi olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
Təyyarə bələdçisi olmaq istəyənlərin nəzərinə!
Bölmə:İş Elanları 566 dəfə oxunub
04.10.2022

Təyyarə bələdçisi olmaq istəyənlərin nəzərinə! Vakansiya var. ⠀

 Vəzifə öhdəlikləri:

- Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etmək;

- Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmaq; - Sərnişinlərə qarşı  xeyirxah olmaq  və onlara qayğı göstərmək;

- Hava gəmisində  sərnişinləri düzgün məlumatlandırmaq və davranış qaydalarına riayət etmək. ⠀

 Namizədə olan tələblər:

- Təhsili/ixtisası: orta-ixtisas təhsili;

- Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı. ⠀

Şəxsi keyfiyyətlər: ⠀

- Komandada işləmək bacarığı;

- Ünsiyyətcillik;

- Məsuliyətlilik;

- Stressə davamlılıq. ⠀

  Üstünlüklər:

-Digər dil biliyi arzuolunandır. ⠀

 Xüsusi tələblər:

Yaş həddi-18 yaşından  30 yaşınadək;

Boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara və boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir. ⠀

İş rejimi: - Daxili intizam qaydalarına əsasən ⠀

Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq.

Qeyd olunan tələblərə uyğun namizədlər “Azərbaycan Hava Yolları” QSC-nin İnsan Resursları Baş İdarəsinə həftə içi saat 11:00-dan 13:00-dək yaxınlaşa bilərlər. Namizədlərin özləri ilə CV, şəxsiyyət vəsiqəsinin əsli və surətini (bəy namizədlərin hərbi bileti və ya əvəzləyici sənədi də olmaqla) gətirməyi xahiş olunur. ⠀

Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 (yerli reyslərin həyata keçirildiyi və ya “köhnə terminal” adlandırılan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.