Bölmə:İş Elanları 194 dəfə oxunub
“Araz” Supermarketlər Şəbəkəsi İnsan Resursları Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis vakansiyasını elan edir.
Tələblər:
-Ali təhsil
-Təlim və İnkişaf sahəsində minimum 2 il iş təcrübəsi
-MS Office bilikləri (MS Excel və MS Power Point yaxşı səviyyədə)
-Məsuliyyətlilik, planlama və təşkiletmə, əməkdaşlıq, effektiv ünsiyyət, təqdimetmə,problem həll etmə bacarığı
-Təlim, öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər
Vəzifə öhdəlikləri:
-Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq və təşkil etmək
-Şirkətdaxili və xarici təlimləri araşdırmaq, təşkil etmək və effektivliyinin qiymətləndirilməsi prosesini həyata keçirmək
-Öyrənmə və İnkişaf portalında (LMS) işini təşkili və mütəmadi təkmilləşdirmək
-Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək
-Karyera xəritələrinin hazırlanmasını və tətbiq edilməsini təmin etmək
-Kritik vəzifələr və davamçı proqramını təşkil və təqib etmək
-Kritik rollar, davamçılar üzrə fərdi inkişaf planlarını tərtib və icra etmək
-Vəzifələr üzrə səriştə bazasının hazırlanması prosesində iştirak etmək
-Vəzifə dəyərləndirmələri üzrə imtahanları təşkil etmək və icra etmək
-Təlim və İnkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq
Təminatlar:
-Nahar ilə təmin edilmə
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı
-5 günlük iş qrafiki
-Servis xidməti mövcuddur
Müraciət üçün:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ İR Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanınavəya bir başa linkə daxil olaraq göndərə bilərlər.