Dövlət İmtahan Mərkəzi vakansiya elan edib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi vakansiya elan edib
Bölmə:İş Elanları 457 dəfə oxunub
14.09.2022

Struktur bölmənin adı: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Orta təhsil üzrə sektor   

Vəzifənin adı:  məsləhətçi

Təhsilə dair tələb:  ali təhsil

İxtisas tələbləri və digər şərtlər:

  • Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

-   İnformatika müəllimliyi;

-   Riyaziyyat və informatika müəllimliyi.

  • Yeni təhsil proqramı (kurikulum) üzrə məlumatlı olmalıdır. 

Qulluq funksiyaları:

İnformatika fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək.

Dil biliklərinə dair tələblər:

  • ingilis dili – orta səviyyədə
  • rus dili – orta səviyyədə

Vakansiya üzrə müraciət etmək istəyən şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2022-ci il sentyabr ayının 20-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İnformatika” yazaraq göndərmələri xahiş olunur.