Qrup rəhbərinin köməkçisi vəzifəsinə əməkdaşlar axtarılır. | Təhsil Elanları
Qrup rəhbərinin köməkçisi vəzifəsinə əməkdaşlar axtarılır.
Bölmə:İş Elanları 1108 dəfə oxunub
13.08.2022

"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsinə aşağıda qeyd edilən bölgələrdə yaşayan və bacarıqlara sahib qrup rəhbərinin köməkçisi vəzifəsinə əməkdaşlar axtarılır.
Bölgələr:
• Abşeron r., Ceyranbatan qəsəbəsi 1 №-li tam orta məktəb;
• Abşeron r., Qobu qəsəbəsi 1 №-li tam orta məktəb;
• Bakı ş., Binə qəsəbəsi 117 №-li tam orta məktəb;
• Cəlilabad ş., 7 saylı tam orta məktəb;
• Salyan r., Sarvan kənd İ.Həsənov adına tam orta məktəb;
• Şəki ş., 17 saylı tam orta məktəb;
• Şəmkir ş., Düyərli kənd 1 saylı tam orta məktəb;
• Lənkəran ş., Viravul kənd C.Əzimov adına 2 saylı tam orta məktəb;
• Yardımlı r., A.B. Nəcəfov adına Arus kənd tam orta məktəbi.
Tələblər:
• Ali təhsil və ya orta ixtisas təhsili;
• Cinsi - kişi/qadın;
• Azərbaycan dilində səlis danışıq;
• Ofis proqramlarını sərbəst bilmək;
• Layihə idarə olunmasında təcrübə;
• Ünsiyyət bacarığı olan;
• Kollektiv ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Şagirdlərlə sistemli işin təşkilində kömək;
• Peşə dərslərini tədris edən müəllimlərin işinə dəstək;
• Hesablatların hazırlanmasında qrup rəhbərinə dəstək;
• Təcrübə səfərlərində qrup rəhbərinə dəstək;
• Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək.
İşə müraciət üçün: https://forms.gle/BhMuyoCEBFd6Jwhf6
 
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 19.08.2022.