"Azərbaycan Hava Yolları"nda təyyarə bələdçisi vəzifəsinə işə qəbul davam edir! ⠀ | Təhsil Elanları
"Azərbaycan Hava Yolları"nda təyyarə bələdçisi vəzifəsinə işə qəbul davam edir! ⠀
Bölmə:İş Elanları 876 dəfə oxunub
13.08.2022

"Azərbaycan Hava Yolları"nda təyyarə bələdçisi vəzifəsinə işə qəbul davam edir! ⠀

 Vəzifə öhdəlikləri:

- Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı

- Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli

- Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli

- Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir. ⠀

 Vakansiya üzrə tələblər:

- Orta ixtisas təhsilli

- Məsuliyyətli olmalı

- Ünsiyyətcil

- Komandada işləmək bacarığı

- Stresə davamlı olmalı ⠀

 Xüsusi tələblər:

18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara üstünlük verilir.

İş qrafiki: Daxili intizam qaydalarına əsasən

 Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - yaxşı, Rus dili - yaxşı

 Bizim komandaya qoşulmaq istəyən və yuxarıdakı tələblərə uyğun olan namizədlər “Azərbaycan Hava Yolları”nın İnsan Resursları Baş idarəsinə həftə içi saat 15:00-dan 17:00-dək yaxınlaşa bilərlər. Şəxsiyyət vəsiqəsini və onun surətini özünüz ilə gətirməyi unutmayın. ⠀

Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 ("köhnə terminal" kimi tanınan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.