Bölmə:İş Elanları 477 dəfə oxunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
-
Əmək və nizam-intizam qaydalarına riayət edir;
-
Müəssisənin hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu;
-
Kreditlər üzrə bankla hesablaşmaların uçotu;
-
İşçilərlə və təhtəl hesab şəxslərlə hesablaşmaların uçotu;
-
Büdcə ilə hesablaşmaların uçotu;
-
Gündəlik olaraq Malsatanlar və podratçılarla (xidmət) hesablaşmalar üzrə ödənişlərin aparılması və hesablaşma hesabından keçirilən əməliyyatlara nəzarət edilməsi;
-
Hər iş gününün əvvəlinə və günün sonuna hesablaşma hesabından aparılan əməliyyatlar barədə məlumatların (müvafiq hesabatların) rəhbərliyə təqdim oluması;
-
Əməliyyatların aparılması üzrə banklar tərəfindən təqdim olunan təsdiqedici sənədlərin (çıxarışların) gündəlik olaraq mühasibat proqramında əks etdirilməsi;
-
Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
-
Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
Vəzifəyə dair tələblər:
-
Ali təhsil - Maliyyə və audit sahəsi üzrə
-
İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 1il iş təcrübəsi;
-
Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
-
Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA) sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;
-
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (ingilis dil biliyi üstünlükdür);
-
Məsuliyyətlilik;
-
Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
-
Güclü analitika və problemi təhlil etmə bacarığı;
-
Dəqiqlik;
-
Müstəqil və Komandada işləmə bacarığı.
Müraciət qaydası:
-
Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
-
CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir [1];
-
Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Mühasibatlıq şöbəsi üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur;
-
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.