"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər üçün İŞ var | Təhsil Elanları
"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər üçün İŞ var
Bölmə:İş Elanları 330 dəfə oxunub
14.01.2022

"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edirik.
ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.
“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:
1.Datalogiyaya giriş (Introduction to Data Science)- məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.;
Namizədlərə qarşı tələblər:
1.Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
2.Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
3.Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
4.İKT resurslarından sərbəst istifadə bacarıqları;
5.İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) nqf@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.
Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59