Dövlət İmtahan Mərkəzində 2 vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində 2 vakansiya elan edilib
Bölmə:İş Elanları 684 dəfə oxunub
17.12.2021

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar

Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti

Struktur vahid: İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru

Vəzifənin adı: Məsləhətçi                 

Aylıq vəzifə maaşı: 1209 manat

Qulluq funksiyaları:      

1. İmtahanların təşkili, keçirilməsi prosesinə texnoloji dəstək və lazımi proqram təminatlarının hazırlanması və tətbiqi;

2. Struktur bölməyə daxil olan ərizə, təklif və şikayətlərin səlahiyyətləri çərçivəsində araşdırılması və cavablandırılmasının təmin edilməsi;

3. Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Vəzifənin tutulma şərtləri:

Təhsilə dair tələb: Ali təhsil

İş stajına dair tələb: 1 il.

Kompüter biliklərinə dair tələblər:

- PHP Framework (Laravel);

- MS SQL, MySQL, Postgresql, MS Access;

- Angular, React və ya Vue JS (biri arzu olunandır);

- Frontend bilikləri (AJAX, Javascript, HTML5, CSS, Bootstrap, jQuery);

- MS Office;

- Veb-dizayn sahəsi üzrə təcrübə.

Xüsusi tələblər: Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı, veb və mobil tətbiqlərin yazılması və istismarı.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 31-dək i.jafarov@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

---------------------------------------------------------------------------------------------

Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti

Struktur vahid: Test bankı sektoru

Vəzifənin adı: Aparıcı məsləhətçi

Aylıq vəzifə maaşı: 1330 manat

Qulluq funksiyaları:        

- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.

Vəzifənin tutulma şərtləri:        

- Təhsilə dair tələb: Ali təhsil

- İş stajına dair tələb: Tələb müəyyən edilmir.

Kompüter biliklərinə dair tələblər:  

- C#, Java və ya Python dillərindən birini bilməli; 

- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.

Xüsusi tələblər: 

- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;

- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək r.mehraliyev@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.