Dövlət İmtahan Mərkəzində Baş mühasib və Mühasib vəzifələri üzrə vakansiyalar elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində Baş mühasib və Mühasib vəzifələri üzrə vakansiyalar elan edilib
Bölmə:İş Elanları 750 dəfə oxunub
20.10.2021

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar

Vəzifənin adı: Baş mühasib

Aylıq vəzifə maaşı:  2500-3700 manat 

Vəzifə funksiyaları:

 

  • Mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsi, hesablama texnikasının geniş tətbiq olunması, mühasibat uçotunun forma və metodlarının tətbiq edilməsi;

  • Əmlakın, habelə digər aktivlərin və öhdəliklərin uçotunun vaxtında və düzgün aparılmasının, hesabatın düzgün və vaxtında tərtib edilməsinin, maliyyə nəticələrinin uçotunun vaxtında lazımi instansiyalara təqdim edilməsinin təmin edilməsi;

  • Hər ay və hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının yığılmasına nəzarət;

  • Maliyyə (IFRS), Statistika, DSMF, vergi, və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi;

  • Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması;

  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;

  • Tabeliyində olan iki əməkdaşın işinə rəhbərlik edilməsi;

  • İmtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsi;

  • Mühasibat dövrünün bağlanılması, Vergi və Maliyyə uçot növləri üzrə tam dövriyyə-saldo cədvəllərinin aparılması;

  • Vergi planlanması və optimizasiyası;

  • Avtomatlaşmış uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;

  • Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi, və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsi.

 

Tələblər:

 

  • Ali təhsil;

  • Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;

  • MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və maliyyə hesabatlarını yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından hesabatları formalaşdırmaqla istifadə təcrübəsi;

  • Beynəlxalq standartlara görə maliyyə hesabatlarını yığmaq bacarığı və bu sahədə tanınan peşəkar sertifikasiya;

  • Vergi qanunvericiliyi biliyi və mənfəət vergisi bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.

 

Xarici dil biliklərinə dair tələblər: İngilis, Rus.

İş şəraiti:

 

  • Tabeçiliyi – Maliyyə direktoruna

  • Full-time, yeni inzibati binada

  • Əmək haqqı, aylıq gross 2500-3700 (Xalis 2000-3000) manat aralığında

  • Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla

  • Həyat yığım sığortasından istifadə imkanı

 

Vəzifənin adı: Mühasib

Aylıq vəzifə maaşı: 1500-2300 manat 

Vəzifə funksiyaları:

 

  • Təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən yazılışlarının aparılması;

  • Sahəsi üzrə əməliyyatların MMUS mühasibat hesablar planı üzrə sintetik uçotu;

  • Sahəsi üzrə əməliyyatların Müəssisənin gəlir və xərclər mərkəzləri strukturuna uyğun analitik uçotu;

  • Əməliyyatların yoxlanılaraq əməliyyat registrində uçota alınması (4 eyes principle);

  • Müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak edilməsi;

  • Sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi;

  • İventarizasiyada iştirak;

  • Təqdim edilmiş xidmət və mallara görə Hesab-fakturaların və elektron qaimə fakturalarının hazırlanıb göndərilməsi;

  • Alınan mal və xidmətlərə dair Hesab-fakturaların və alt sənədlərinin yoxlanılması;

  • ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.

 

Tələblər:

 

  • Ali təhsil;

  • Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı;

  • MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və hesabat yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından istifadə təcrübəsi;

  • Beynəlxalq standartlara görə peşəkar sertifikasiyalar;

  • Vergi qanunvericiliyi biliyi ƏDV bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.

 

Xarici dil biliklərinə dair tələblər: İngilis

İş şəraiti:

 

 

  • Tabeçiliyi – Baş mühasibə

  • Full-time, yeni inzibati binada

  • Əmək haqqı, aylıq gross 1500-2300 (Xalis 1200-1900) manat aralığında

  • Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla

  • Həyat yığım sığortasından istifadə imkanı

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2021-ci il noyabrın 10-dək i.isayev@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.